Hər bir yaş kateqoriyasına aid olan şəxslər qoşula bilər. Lakin müsabiqələr əsas 4 yaş kateqoriyası üzrə qiymətləndiriləcəkdir. Bunlar aşağıdakılardır:
Məktəblilər
Tələbələr
Peşəkarlar
“PAŞA Bank”lılar
"Peşəkarlar" kateqoriyasına daxil olmaq üçün iştirakçı 25 yaşından yuxarı olmalı (doğum ili 2000-dən əvvəl) və ya ali təhsil diplomuna malik olmalıdır.
2025-ci ildən əvvəl məktəbi bitirən iştirakçılar, əgər "Peşəkarlar" kateqoriyasına daxil olmaq üçün tələblərə cavab vermirlərsə, "Tələbələr" kateqoriyasına daxil olmalıdırlar.
- (Yuxarıda xatırlanan) kateqoriyalar üzrə ilk 1, 2, 3-cü yeri qazanan şəxslər dəyərli hədiyyələrlə mükafatlandırılacaqlar.